26 C
Baku
Saturday, July 27, 2024

“Clubhouse”un “Android” versiyası bir həftə ərzində təqdim ediləcək

“Clubhouse” sosial şəbəkəsinin “Android” versiyası Rusiya, Braziliya və Yaponiyada 18 may tarixində istifadəyə veriləcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Həftənin sonunda tətbiqin dünyanın digər ölkələrində çıxması gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin martında yaradılmış və istifadəyə verilmiş bu şəbəkə indiyədək yalnız “iOS” əməliyyat sistemli cihazlar üçün əlçatan olub. 2021-ci il 9 may tarixində ABŞ-da xidmətin “Android” versiyası yaradılıb.

“Clubhouse”un istifadəçi sayı 2021-ci ilin əvvəlində sürətlə artmağa başlayıb. Yanvar ayının sonunda tətbiqdə 2 milyondan çox aktiv istifadəçi olub, fevralın sonunda – 10 milyon. “Facebook”, “Twitter”, “TikTok” və digərləri öz analoqları üzərində çalışır.

Son xəbərlər
Digər xəbərlər