20 C
Baku
Sunday, May 26, 2024

“CMS Properties” şirkətinin kapitalı 180 mln. manatı ötüb

Azərbaycanın böyük özəl gəmiçilik şirkəti olan “Caspian Marine Services Limited” və “Caspian Marine Service B.V.” (CMS) şirkətlərinə daxil olan şirkətin nizamnamə kapitalı 2022-ci ildə iki dəfə artım edildikdən sonra 2023-cü ildə də artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

CMS Properties” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 850 000 manat, yaxud 0.47% artırılmaqla 180 275 000 manata çatdırılıb.

“CMS Properties” MMC-nin nizamnamə kapitalı 2022-ci ilin aprelində 3 400 000 manat, yaxud 2.2%, 2023-cü ilin dekabrında 23 800 000 manat, yaxud 15 faiz artırılıb 179 425 000 manata qaldırılmışdı.

Şirkət 2016-cı ildə təsis edilərkən isə onun cəmi 25 min manat nizamnamə kapitalı var idi.

“CMS Properties”nin Bakının Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksi vardır. Ölkə başçısının 2017-ci ildə bu şirkətinin layihənin təməlqoyma mərasimində deyilmişdi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub.

“Caspian Marine Services Limited” Azərbaycananda 2010-cu ildən, “Caspian Marine Service B.V.” (B.V. – holland dilində “besloten vennootschap”) isə 2018-ci ildən filial kimi fəaliyyət göstərilirlər. Hər iki şirkətin Azərbaycandakı filialının baş direktoru Zamiq İsmayılov Ömər oğludur (əvvəllər ASCO-nun sədr müavini idi).

Xəzər dənizində neft-qaz hasilatı ilə bağlı əməliyyatların təmin edilməsi və neft-qaz platformalarına işçilərin daşınması üçün dəniz nəqliyyatı xidmətləri göstərir.

Xəzər regionunda fəaliyyətə 2006-cı ildə başlamışdır. Əsas fəaliyyəti, müasir texnologiyalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə etməklə, Xəzərin Azərbaycan və digər sektorlarında çalışan şirkətlərə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi sənaye sahəsində davamlı inkişaf məqsədi ilə şirkət digər şirkətlərlə əməkdaşlıq edir və bütün hüquqi tələblərə uyğun və mümkün qədər əsaslandırılmış şəkildə təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər