“CNBC” telekanalının kriptovalyuta sənayesinin ekspertləri və iştirakçılarından müsahibə alıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Bildirilir ki, yaxın bir neçə ildə kriptovalyuta bazarında sərt korreksiya fonunda bir neçə yüzdən bir neçə minə qədər rəqəmsal valyuta və token çökə və yoxa çıxa bilər.
Qeyd edək ki, hazırda dünyada 19 minə yaxın kriptovalyuta və bir neçə on blokçeyn platforması var. Ekspertlərin vurğuladığı kimi, rəqəmsal valyutaların yox olmasının səbəbi “Terra” steyblkoininin çökməsidir.
Davos Forumunda “Web3 Foundation”un rəhbəri Bertran Peres “CNBC”yə deyib: “Son hadisələrin səbəblərindən biri də blokçeyn platformalarının və tokenlərin çox olmasıdır. Bu, internetin təzə yarandığı dövrə bənzəyir. Onda çox sayda texnoloji şirkətlər yaranırdı, onların bir qismi vicdansızlıq etdiyindən dəyər itirir və sonda yox olurdu”, – deyə Bertran söyləyib.