CNBC: Tramp bazarın çöküşü zamanı kütləvi şəkildə İT nəhənglərinin səhmlərini alıb

ABŞ prezidenti Donald Tramp bazardakı eniş zamanı texnologiya nəhənglərinin səhmlərini alaraq gəlir əldə edib. Bu barədə CNBC məlumat yayıb. Prezident isə vəzifəsinin sərvətinin artmasına təsir etmədiyini bildirib.

Telekanal ABŞ prezidentinin illik maliyyə hesabatına istinad edir. Sənədə görə, Donald Tramp 2025-ci il aprelin 8-də 327 dəfə səhm alışı həyata keçirib ki, bu da onun gündəlik orta göstəricisini beş dəfə üstələyib. Ən çox əməliyyatlar “Apple Inc.”, “Alphabet Inc.”, “Amazon”, “Microsoft” və “Nvidia”nın səhmləri ilə bağlı olub. O, bu şirkətlərin hər birinə 100 min dollardan 250 min dollara qədər investisiya yatırıb.

CNBC-nin məlumatına görə, bu alışlar Trampın iqtisadiyyatda fövqəladə vəziyyət rejimi tətbiq edən və dünyanın bütün ölkələrindən idxal olunan mallara 10%-lik rüsum müəyyənləşdirən fərmanı nəticəsində yaranmış dörd günlük bazar çöküşünün son mərhələsinə təsadüf edib. Sonradan səhmlərin qiymətlərinin bərpası ona böyük gəlir gətirib.

Tramp telekanala müsahibəsində dövlət vəzifəsindən qazanc əldə etdiyi ilə bağlı ittihamları rədd edib və hazırda aktivlərinin ailəsi tərəfindən idarə olunduğunu vurğulayıb.

“Mən biznesimlə bağlı heç nə etmirəm, onu övladlarım idarə edir. Mən çox pul yatırmışam, çox pulum olub və indi də çox pulum var. Mən həmişə pul qazanmışam, çünki yaxşı biznesmenəm”, – deyə Tramp bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər