11 C
Baku
Tuesday, March 3, 2026

CNN: Amerikalıların 59%-i İrana zərbələri dəstəkləmir

Amerikalı respondentlərin 59%-i ABŞ hakimiyyətinin İrana qarşı hərbi əməliyyata başlamaq qərarını dəstəkləmədiyini bildirib. Bu nəticə CNN üçün keçirilmiş sorğuda müəyyən olunub.

Sorğuda iştirak edənlərin 41%-i isə İrana zərbələri dəstəklədiyini deyib. Respublikaçılar Partiyasının tərəfdarları hərbi əməliyyatın başlanması qərarını demokratlarla müqayisədə xeyli daha çox dəstəkləyir — müvafiq olaraq 77%-ə qarşı 18%.

İrana mümkün quru əməliyyatına dəstək daha da aşağıdır. Cəmi 12% amerikalı belə əməliyyatı açıq şəkildə dəstəkləyir, 60% əleyhinədir, 28% isə bu məsələdə tərəddüd edir. Bundan əlavə, respondentlərin 60%-i ABŞ prezidenti Donald Trump-ın İran ətrafındakı vəziyyətin həlli ilə bağlı konkret planının olduğuna inanmır. Sorğuda iştirak edənlərin 56%-i hesab edir ki, əməliyyat ABŞ və İran arasında uzunmüddətli münaqişəyə çevrilə bilər.

Respondentlərin yalnız 27%-i düşünür ki, zərbələr endirilməzdən əvvəl ABŞ diplomatik vasitələri tam tükədib, 39% isə diplomatiya sahəsində daha çox səy göstərilməli olduğunu bildirir. Amerikalıların əksəriyyəti — 54% — hərbi əməliyyatın İranı ABŞ üçün əvvəlkindən daha böyük təhdidə çevirəcəyini gözləyir. 46% isə bunun əksini düşünür.

Son xəbərlər
Digər xəbərlər