CNN: İran ABŞ-dən 20 mlrd. dollarlıq aktivlərin dondurulmasının ləğvini tələb edib

İran ABŞ-dən sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasını və 20 milyard dollardan çox aktivlərin dondurulmasının ləğvini tələb edib. Bu barədə CNN mənbəyə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, məsləhətləşmələr zamanı irəli sürülən təkliflərdən biri İranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi müqabilində aktivlərin dondurulmasının ləğvini nəzərdə tutur. Hazırda İranın təxminən 60% səviyyəsində zənginləşdirilmiş 400 kq uranı var.

Aprelin 17-də ABŞ prezidenti Donald Tramp İranın yüksək səviyyədə zənginləşdirilmiş uranın bir hissəsini təhvil verməyə razılaşdığını və aprelin 21-də danışıqların ikinci raundunun keçiriləcəyini bildirmişdi. İranın Xarici İşlər Nazirliyi isə nüvə ehtiyatlarının verilməsi ilə bağlı məlumatı təkzib edib.

Həmin gün Tramp Vaşinqton və Tehranın uranın ölkədən çıxarılması üzrə birgə işləyəcəyini də bildirib. O, həmçinin İran aktivlərinin dondurulmasının ləğvi planlarını təkzib edib. Aprelin 19-da IRNA agentliyi İranın ABŞ-nin “həddindən artıq tələbləri və qeyri-real gözləntiləri” səbəbindən danışıqların ikinci raundunda iştirakdan imtina etdiyini xəbər verib.

Son xəbərlər
Digər xəbərlər