28 C
Baku
Sunday, June 26, 2022

CNN: “Kiyevdən partlayış səsləri eşidilir”

Ukraynanın Kiyev şəhərindən partlayış səsləri eşidilir.

Bunu CNN-in Kiyevdə olan müxbiri Sara Reyinsford “Twitter” hesabında yazıb:

“Kiyev şəhərində silsilə partlayışlar eşidilir”.

Eyni zamanda, CNN telekanalının digər müxbiri Metyu Çens Ukraynanın paytaxtı Kiyevdən canlı yayım zamanı bir neçə partlayış səsi eşitdiyini bildirib.

Atəş açılması şəhərin mərkəzindəki Müqəddəs Mixail kilsəsi yaxınlığından veriliş aparan jurnalistin işini yarımçıq qoyub.

Çens və operatoru zirehli gödəkcə və dəbilqə geyiniblər.

Jurnalistin sözlərinə görə, o, uzaqdan yeddi-səkkiz partlayış səsi eşidib.

Onun həmkarı Klarissa Vard Xarkovdan canlı yayımda xəbər verib ki, o, uzaqdan gurultu eşidib.

Son xəbərlər
Oxşar xəbərlər