ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.
CNN-ə istinadən xəbər verir ki, səs yazısı Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayılıb.
ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.
“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar sadəcə mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, – Tramp səs yazısında vurğulayır.
CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.
Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.






