32 C
Baku
Sunday, July 14, 2024

CNN: “Ukraynada müharibənin daha dəhşətli fazası başlayır”

“Ukraynada müharibənin daha dəhşətli fazası başlayır”.

Bunu ABŞ-ın CNN nəşrinin analitiki Stefan Kollinson “Putinin mülki şəxslərə qarşı qəzəbi müharibədə yeni qəddar mərhələnin xəbərçisi ola bilər” adlı təhlilində bildirib.

O yazıb ki, Rusiya Prezidenti Vladimir Putinin son intiqam aktı onun Krım körpüsünün dağıdılmasına olan qəzəbinin təzahürü kimi qiymətləndirilə bilər.

“Lakin bu, həm də müharibədə daha dəhşətli dönüş nöqtəsinin yaranacağı perspektivini artırır. Mesaj dünya üçün aydın idi. Putin alçaldılmaq istəmir. O, məğlubiyyətini etiraf etməyəcək. O, döyüş meydanında durumun dəyişməsinə cavab olaraq mülki qırğınlara və ayrı-seçkilik etmədən terror törətməyə hazırdır”, – S.Kollinson vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

Rusiya raketləri Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan çox yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hücum zamanı 70-ə yaxın obyektə ziyan dəyib, 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

Rusiyanın raket hücumları dünyada böyük etirazlara səbəb olub. Bir çox dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri Kremlə qarşı təzyiqləri artıracaqlarını bildiriblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər