8 C
Baku
Thursday, November 7, 2024

Co Bayden ikinci dəfə peyvənd olundu – Video

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden koronavirus əleyhinə “Pfizer” vaksininin ikinci dozasını alıb.

Bu barədə “RİA Novosti” xəbər verir.

Qeyd edilir ki, Baydenə Nyuarkda, iqamətgahından on-on beş kilometr məsafədə yerləşən hospitalda iynə vurulub.

ABŞ-ın yeni prezidenti vaksinin ikinci dozasını bu gün yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 22:35) alıb.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti ötən ilin 22 dekabrında da peyvənd edilib. Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı “ChristianaCare” klinikasında baş tutub. ABŞ-ın yeni rəhbərinə həmin gün də “Pfizer” şirkətinin istehsalı olan ilk vaksin vurulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər