25 C
Baku
Thursday, July 10, 2025

Co Bayden İraqın Baş naziri ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden İraqın Baş naziri Mustafa Al-Kazımi ilə görüşəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

İraq Baş nazirinin ABŞ-a səfəri çərçivəsində Ağ Evdə baş tutacaq görüşdə Dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Qeyd edək ki, “Associated Press” agentliyinin məlumatına görə, görüşdə ABŞ ordusunun İraqdan tamamilə çıxarılması məsələsi müzakirə olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər