ABŞ prezidenti Co Baydenin koronavirus testi müsbət çıxıb. Ağ Ev əmin edib ki, dövlət başçısı xəstəliyə asanlıqla dözür. Lakin onun bu gün Las-Veqasda UNIDOSUS konfransında planlaşdırılan çıxışı ləğv edilib.
Ağ Evin saytında dərc edilən tibbi hesabata görə, Co Baydenə bu gün yuxarı tənəffüs yollarının simptomları, o cümlədən burun axması və öskürək diaqnozu qoyulub. Bundan sonra həkimlər onu COVID-19 üçün test ediblər. Nəticə müsbət olub.
Bu, Co Baydenə COVID-19 diaqnozu qoyulan ilk hal deyil. Ağ Ev sonuncu dəfə 81 yaşlı ABŞ prezidentinin 2022-ci ilin iyulunda koronavirusa yoluxduğunu bildirmişdi. Həmin vaxt onun simptomları orta dərəcədə idi və o, uzaqdan işləyirdi.