ABŞ prezidenti Co Bayden G20 zirvə görüşündə iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəlib.
“Figaro”nın xəbərinə görə, dövlət başçısı G20 zirvə görüşündə iştirak edəcək.
Co Baydenin Romaya səfər proqramına Roma Papası Fransisk və Fransa Prezidenti Emmanuel Makronla görüş də daxildir. Tədbirdən sonra o, iqlim məsələləri üzrə beynəlxalq konfransda (COP26) iştirak etmək üçün Şotlandiyaya yola düşəcək.