29 C
Baku
Sunday, June 26, 2022

Co Bayden Ukrayna ilə qonşu dövlət olan Polşaya gedir

ABŞ Prezidenti Cozef Bayden Brüsseldə Avropa İttifaqı (Aİ) və NATO liderləri ilə görüşlərdən sonra Polşaya gedəcək və bu ölkənin Prezidenti Anjey Duda ilə görüşəcək.

Bu barədə Ağ Ev bildirib.

Qeyd edilir ki, Prezident bu həftə Belçikanın Brüssel şəhərində ABŞ-ın NATO üzrə müttəfiqləri, G7 liderləri və Avropa İttifaqı ilə görüşlərdən sonra Ukraynaya dəstək vermək, beynəlxalq səyləri müzakirə etmək üçün Polşaya gedəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki məlumatı təsdiqləyib.

Bayden və Duda arasında ikitərəfli görüş martın 25-də Varşavada baş tutacaq.

Amerika Prezidenti ABŞ-ın müttəfiqləri, tərəfdaşları ilə birlikdə Ukraynadakı vəziyyətin yaratdığı humanitar və insan haqları böhranına necə reaksiya verdiyini müzakirə edəcək.

Son xəbərlər
Oxşar xəbərlər