ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tsinpin 2021-ci ilin sonuna qədər virtual sammit keçirmək niyyətindədirlər.
Banker.az xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli əməkdaşı məlumat verib.
“Prezident Si ilə görüşmək istədiyini açıqlayıb.. Düşünürük ki, onların bir-birlərini görmək imkanı olacaq, virtual olsa da”, – deyə məmur jurnalistlərə deyib.
Xatırladaq ki, sentyabr ayında “Financial Times” Si Tsinpinin Co Baydenin görüş təklifini rədd etmişdi. O, Vaşinqtonun Pekinə qarşı ritorikanı yumşaltmağı istəmişdi. Cənab Bayden bunu təkzib etmişdi.