Co Bayden Zelenski ilə telefonda danışdı

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarlı Vladimir Zelenski ilə telefonda danışıb və onu bu yay Vaşinqtona dəvət edib. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Amerika liderinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan məlumat verib.

Onun sözlərinə görə, Bayden ukraynalı həmkarlı ilə söhbətində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

“Prezident həm də onu (Zelenskini) bu yay Avropa səfərindən qayıtdıqdan sonra Ağ Evdə gözlədiyini söyləyib”, – deyə Sallivan qeyd edib.

Xatırladaq ki, bu həftə Bayden prezident olaraq ilk xarici turuna çıxacaq. NATO və Avropa Birliyi zirvələrində iştirak etmək üçün siyasətçi İngiltərə və Belçikaya gedəcək. Cenevrədəki tur zamanı Bayden və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar planlaşdırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.