21 C
Baku
Sunday, June 15, 2025

Co Baydendə xərçəng xəstəliyi aşkarlanıb

ABŞ-nin keçmiş prezidenti 82 yaşlı Cozef Baydendə prostat xərçənginin aqressiv forması aşkarlanıb. Keçmiş prezidentin mətbuat katibinin sözlərinə görə, cənab Baydenin ailəsi hazırda düzgün müalicənin tapılması üzərində işləyir.

Xəstəlik mayın 16-da cümə günü aşkar edilib “Bu, xəstəliyin daha aqressiv formasını təmsil etsə də, xərçəngin hormonlara həssas olduğu görünür ki, bu da onun effektiv şəkildə müalicə olunmasına imkan verir”, – mesajda deyilir.

Xatırladaq ki, Co Bayden prezidentliyi dövründə dəri xərçəngindən əziyyət çəkib. O, səbəb kimi iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsini göstərib.

Son xəbərlər
Digər xəbərlər