ABŞ prezidenti Co Baydenin fəaliyyətinin bəyənilməsi reytinqi son altı ayda altı faiz bəndi, yəni 43%-ə düşüb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir. Bunu “Marist Institute” sosioloji xidmətin həyata keçirdiyi sorğunun nəticələri təsdiq edir.
Bildirildiyi kimi, Baydenin dövlət başçısı olaraq fəaliyyəti sorğuda iştirak edənlərin yalnız 43%-i dəstəkləyib (bir ay əvvəl 49%). Prezidentin işindən narazı qalanlar 44%-dən 51%-dək artıb.
Baydenin fəaliyyətini “qəti şəkildə rədd edən” respondentlərin sayı son bir ayda 30%-dən 40%-ə qalxıb. Bu, Əfqanıstan hadisələri ilə əlaqəli olub. Xüsusilə, respondentlər ABŞ-ın bu ölkədəki siyasətinin uğursuzluğunun əsas məsuliyyətini Baydenin üzərində qoyulmasını tələb edib. Ən çox səs Corc Buş (kiçik) toplayıb (36%). Bayden ikinci (21%), Barak Obama üçüncü isə (15%) yeri tutub.
Sorğu 26-31 avqust tarixlərində keçirilib, orada 1241 ABŞ sakinin iştirak etdiyi bildirilir.