“Coca-Cola” şirkəti “spiced” adlı yeni bir dad təqdim edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Şirkət bildirib ki, içki özündə orijinal kola, moruq və ədviyyatın dadını birləşdirir. Yenilik ABŞ və Kanada mağazalarında 19 fevral tarixindən görünəcək.
“CNN”ə görə, yeni dad iki versiyada – şəkərsiz və klassik olacaq. Qeyd edək ki, indi “Coca-Cola”nın orijinal versiya ilə yanaşı, albalı və vanil növləri də var.
“Coca-Cola”nın marketinq üzrə vitse-prezidenti Sue Lynn Chai televiziya kanalında bildirib ki, yen dad bu içki kateqoriyasındakı tendensiyaya uyğundur və daha cəsarətli və kəskin zövqlər istəyən istehlakçıların seçimlərinə cavab verir.