11 C
Baku
Tuesday, November 19, 2024

“Coca-Cola” araq istehsalçısı “Finlandia”nı 220 mln. dollara alır

“Cola-Cola” araq istehsalçısı “Finlandia”nı 220 milyon dollara alır, bu barədə şirkətin saytında dərc olunmuş press-relizində deyilir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Alış “Coca-Cola”nın premium alkoqol içkilərin çeşidini genişləndirmək niyyəti ilə bağlıdır.

“Coca-Cola HBC”nin baş direktoru Zoran Boqdanoviçin sözlərinə görə, “Finlandia”nın alınması yerli biznesi daha çox bazara genişləndirməyə kömək edəcək. Bütün tənzimləyici orqanların təsdiqi alındıqdan sonra sövdələşmə 2023-cü ilin ikinci yarısında tamamlana bilər.

“Finlandia” – 1970-ci ildə bazara çıxarılan Mərkəzi və Şərqi Avropada aparıcı araq brendidir və ABŞ-da satılan ilk Skandinaviya arağıdır.

Son xəbərlər
Digər xəbərlər