Bir çox alkoqolsuz içki istehsalçılarının öz məhsulları üçün orta və böyük tutumlu qablaşdırma axtardığı bir zamanda Coca-Cola şirkəti əksinə olaraq kiçik ölçülü qablaşdırmaya üstünlük verib. Məhz bu yeniliyin inkişaf etdirilməsi və tanıdılması üçün kampaniyaya start verilmişdir.
Kütləvi reklam “hücumunun” mərkəzi Almaniyanın 5 nəhəng şəhəri oldu. Bu şəhərlərdə kiçik qablaşdırmada kiçik ölçülü Coca-Cola içkilərini satan kiçik kiosklar quraşdırılır.
Bu reklam kampaniyasının ideyası Berlin «Ogilvy & Mather» reklam agentliyi tərəfindən yaradılıb və həyata keçirilib.
Kampaniyanın ilk həftələrinin nəticələrinə görə, kiçik kiosklarda satışlar adi kiosklardakı satışlarla müqayisədə 278% yüksəlmişdir. Ümumilikdə bu 1 ticarət nöqtəsinin orta hədlə 380 kiçik ölçülü Coca-Cola içkisi satdığı deməkdir.
http://www.youtube.com/watch?v=mkq7I5-XT74&width=810&height=480
Comments are closed.