9 C
Baku
Thursday, December 12, 2024

Coca-Cola direktoru qətlə yetirildi

Azərbaycan vətəndaşı Coca-Cola şirkətinin direktorunu qətlə yetirib. Qətlə yetirilən şəxsin anası polisə müraciət edərək bu haqda məlumat vermişdir. Rusiya İstintaq Komitəsinin rəsmi mətbuat xidmətindən verilən məlumata görə Coca-Cola şirkətinin Sankt-Peterburqda yerləşən zavodunun direktoru Dmitriy Soşnevi qətlə yetirilməkdə şübhəli bilinən 2 şəxs saxlanılmışdır. 

Bunlar 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxiaturi və əvvəllər məhkum olunmuş 46 yaşlı Vyaçeslav Finoqenovdur.

Müstəntiqlərin versiyasına əsasən 28 noyabr tarixində Denis Çxitauri və Vyaçeslav Finoqenov Dmitriy Soşnev ilə görüş təyin etmişlər. Dmitriy Soşnevin anası isə 30 noyabr tarixində polisə müraciət edərək oğlunun 28 noyabrda işə getdiyini və bir daha geri dönmədiyini bildirmişdir. Zavoddan isə bildirmişlər ki, o 1 dekabr tarixindən işə gəlmir.

Son xəbərlər
Digər xəbərlər