9 C
Baku
Thursday, December 12, 2024

“Coca Cola” fəaliyyətini yenidən quracaq

“Coca Cola” şirkəti gələcəkdə biznesin yenidən təşkil olunmasına dair strateji planını açıqlayıb.

“Komersant”a istinadən xəbər verir ki, ilin ikinci rübünün zəif yekunları nəzərə alınaraq tətbiq olunan plana görə şirkətin 17 bölümü ləğv ediləcək və 9 yeni bölüm yaradılacaq.

Həmçinin Şimali Amerika regionunda 4 minədək iş yerini ixtisar etmək, işdən çıxarılanlara 350 milyondan 550 milyon ABŞ dollarınadək məbləğdə birdəfəlik müavinət vermək nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin ikinci rübündə koronavirus pandemiyası şəraitində, o cümlədən bir çox ölkələrdə ictimai iaşə xidmətlərinə tətbiq olunan məhdudiyyətlər nəticəsində “Coca Cola”nın satışları ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz azalaraq 7,2 milyard dollar, xalis mənfəəti isə 32 faiz azalaraq 1,8 milyard dollar səviyyəsində qalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər