17 C
Baku
Thursday, May 23, 2024

Coca-Cola, McDonald’s və Visa Blatter-in dərhal istefasını tələb edir

Coca-Cola, McDonald’s, Visa və Anheuser-Busch InBev şirkətləri FİFA prezidenti Cozej Blatterin dərhal istefa verməsini tələb edirlər. Bu haqda məlumatı Reuters agentliyi vermişdir. 

Coca-Cola şirkətindən verilən məlumatda deyilir: “FİFA-nın nüfuz və imici gün getdikcə enməyə davam edir. Təşkilat hərtərəfli və təcili şəkildə islahat keçirməlidir”.

FİFA-nın əsas sponsorlarından biri olan Coca-Cola şirkəti islahatlarla məşğul olacaq və “idman sevərlərin etimadını geri qaytara biləcək” xüsusi komissiyanın yaradılmasını təklif edir. Təşkilatın digər nəhəng biznes partnyorları olan McDonald’s, Visa və Anheuser-Busch InBev şirkəti də Blatter-in təcili şəkildə istefa verməsini tələb etmişlər.

Blatter ətrafında yaranan rüşvətxorluqla bağlı yaranan qalmaqallardan sonra vəzifəsini tərk etmək təklifinə rədd cavabı vermişdi.

Lakin hazırda o vəzifəsini 26 fevral 2016-cı ildə, yeni rəhbərlə bağlı seçkilər keçirildiyi zaman tərk etməyi planlaşdırır. Bu zamana qədər isə Blatter FİFA-nın prezidenti səlahiyyətlərini icra edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər