24 C
Baku
Wednesday, October 5, 2022

“Coca-Cola” minlərlə insanı işdən çıxaracaq – Koronavirusa görə

“Coca-cola” pandemiya dövründə satışının azalması nəticəsində yaranan zərərə görə minlərlə işçisini fəaliyyətinə son vermək niyyətindədir. Şirkət eyni zamanda iş bölgüsünü də azaldacaq.

Banker.az bu barədə “Haberler.com”a istinadən xəbər verir.

CNN verdiyi xəbərə görə, şirkət işçinin işinə son verilməsi 2 cür həyata keçiriləcək: könüllü və könülsüz. Şirkət, əvvəlcə ABŞ, Kanada və Puerto Ricoda fəaliyyət göstərən fabriklərdə çalışan 4000 işçiyə bu barədə təklif təqdim edəcək. Daha sonra isə oxşar planı digər ölkələrdə də sınaqdan keçirəcək. Könüllü təklifi qəbul edən işçi sayı artdıqca, könülsüz işdən çıxarılmalar da azalacaq.

Şirkət, ümumillikdə nə qədər işçini çıxaracağını açıqlamayıb, ancaq bununla birlikdə şirkətin qlobal ixtisar maliyyətinin 350 milyon ilə 550 milyon dollar arasında dəyişə biləcəyi deyilir. 31 dekabr 2019 məlumatlarına görə, Coca Cola’nın 10100-ü ABŞ-da olan 86.200 nəfər işçisi var. Coca Cola’nın ikinci rüb satışları isə 28% aşağı düşüb.

Son xəbərlər
Oxşar xəbərlər