Whitbread PLC Costa qəhvə şəbəkəsinin satışını başa çatdırıb. Satış üzrə razılaşma The Coca-Cola Company ilə bağlanıb. Bu barədə Banker.az xarici KİV-ə istinad edir.
Müqavilənin dəyəri 3,7 milyard funt sterlinq təşkil edib, bu haqda Whitbread məlumat verir. Alıcı bildirib ki, razılaşma Aİ və Çindəki tənzimləyicilərdən icazə alındıqdan sonra bağlanıb.
Razılaşma sayəsində Coca-Cola, təxminən dörd min Costa qəhvə qovurma və distribusiya şirkətləri alacaq.
Costa Coffee şəbəkəsi Böyük Britaniyada 1971-ci ildə yaranıb və hazırda ölkənin ən böyük qəhvə şəbəkəsidir. 1995-ci ildə Whitbread, onu 19 milyon dollara satın almışdır. Aprel 2018-ci ildə Whitbread, Costa Coffee şəbəkəsini səhmdar cəmiyyətinin təzyiqi altında müstəqil bir şirkət halına gətirə bilmişdir.
2018-ci ildə 1 martda Costa 1,3 milyard funt, EBİTDA isə 238 milyon funt gəlir əldə etmişdir.