Dünyanın ən iri alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkəti azı 30 gün müddətində sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edəcək. Bunu şirkətin baş icraçı direktoru Ceyms Kuinsi deyib.
O bildirib ki, bu qərar “Facebook”un irqçilik, zorakılıq kimi mövzularda paylaşımların nizamlama qaydalarının olmaması ilə bağlı atılıb.
C.Kuinsi bildirib ki, şirkət bu müddət ərzində öz reklam siyasətini təkrar nəzərdən keçirəcək.
Qeyd edək ki, bir müddət əvvəl “Unilever” şirkəti də “Facebook”, “Instagram” və “”Twitter”də reklam yerləşdirməyi dayandırmışdı.