15 C
Baku
Friday, April 26, 2024

“Coca-Cola”da skandal: Baş menecer şirkətin məxfi məlumatlarını satıb

“Coca-Cola”nın keçmiş rəhbər işçilərindən biri Noel Korri 1.2 mln. funt sterlinq rüşvət aldığı üçün London məhkəməsi tərəfindən 20 ay həbs cəzasına məhkum edilib. Korrinin cəzası təxirə salınıb.

Banker.az Financial Times-a istinadən xəbər verir ki, Coca-Cola-nın İngiltərədəki bölməsinin yüksək səviyyəli rəhbərlərindən biri olan 56 yaşlı Korri 2004-2013-cü illər arasında məxfi məlumatları üç fərqli şirkətə sızdırdığı səbəbilə 5 ayrı korrupsiya faktında günahkar bilinib. Bildirilir ki, menecer ona birbaşa və ya dolayı yolla ödənilən külli miqdarda pul müqabilində müxtəlif şirkətlərin yüksək dəyərli razılaşmalar əldə etməsinə kömək edib.

Cümə axşamı məhkəmə iclasında prokurorlar bildiriblər ki, Korri 1996-cı ildən Coca-Cola İngiltərənin elektrik və avtomatlaşdırma bölməsində baş menecer vəzifəsində çalışıb və sahə xidməti işlərinin subpodratına cavabdeh olub. Korrinin baş ofisi İngiltərənin Cheshire şəhərində yerləşən “Boulting Group”un (indiki WABGS) başqa bir idarəçisinə, “Tritec Systems” və “Electron Systems” adlı şirkətlərə məlumat sızdırıb müqavilələr əldə etmələrinə kömək etdiyi məlum olub.

Türkiyə mətbuatnda yer alan xəbərə görə, sızdırılan məlumatlar qarşılığında Korri havayı futbol, konsert və tədbir biletləri əldə edib, törəmə şirkətlərini nağd pul ilə təmin edib və Korrinin fəxri prezidenti olduğu liqada iştirak etməyən “Droylsden FC” futbol komandasına sponsor pulu ayrılıb.

Ödənişlər eks menecerin kompüterində “slush” adlı elektron cədvəldə detallı şəkildə siyahıya alınıb. Məlumat Coca-Cola tərəfindən 2013-cü ildə ABŞ mərkəzli alkoqolsuz içki nəhənginin məxfi tender məlumatlarını sızdırmaq və onun korrupsiya planını ortaya çıxarmaq üçün apardığı daxili araşdırma zamanı tapılıb.

Qazlı içki nəhəngi cinayət əməllərinin ilk olaraq daxili nəzarət zamanı aşkarlandığını və dərhal polisə məlumat verildiyini bildirib. Şirkətdən verilən açıqlamada Korrinin davranışlarından məyus olduqları və “bu cəzanı görməkdən məmnun olduqları” bildirilib.

Korri onunla cinayət əlaqəsi yaradan “Boulting Group”un müqavilə üzrə meneceri, 58 yaşlı Peter Kinsella da daxil olmaqla, beş digər müttəhimlə birlikdə məhkum edilib. Kinsella üç korrupsiya və üç rüşvət təşkilində təqsirli bilinərək 12 ay həbs cəzasına məhkum edilib. Onun cəzası da Korridə olduğu kimi təxirə salınıb.

“Boulting Group” 2011-ci ilin iyunundan 2013-cü ilin avqustuna qədər rüşvətxorluğun qarşısını ala bilmədiyini etiraf etmiş və 500 000 funt sterlinq cərimə olunmuşdu.

“Tritec Systems” və “Electron Systems” şirkətlərini idarə edən Gary Haines hər iki korrupsiya ittihamı üzrə təqsirli olduğunu etiraf edib və 20 aylıq şərti həbs cəzası alıb. Tritec və Electron korrupsiya və rüşvətxorluğun qarşısını ala bilmədiklərini etiraf etdikdən sonra 70 min funt sterlinq məbləğində cərimələniblər. Cəzaları təxirə salınan hər üç müttəhim 200 saat pulsuz ictimai xidmət göstərəcək.

Müttəhimləri mühakimə edən hakim David Tomlinson bildirib ki, Korri korrupsiya planında “aparıcı rol oynayıb” və “Coca-Cola”da “əsas səlahiyyət və məsuliyyət mövqeyindən sui-istifadə edib”.

Amma hakim təqsirkarın etirafını və cəzanın iki il yarıma yaxın təxirə salınmasını nəzərə alacağını, işi “unikal kateqoriya”ya salacağını bildirib.

Məhkəmədə o da bildirilib ki, prokurorlar təzminat və ya müsadirə qərarı istəməyiblər, çünki şirkət Boulting, Tritec, Electron və Korriyə qarşı İngiltərə Ali Məhkəməsində iddia qaldırdıqdan sonra Coca-Cola tərəflərlə maliyyə razılaşmasına nail olub və lazımi ödənişlər həyata keçirilib.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər