13 C
Baku
Friday, April 19, 2024

“Coca-Cola”nın kapitallaşması Ronaldunun çağırışından sonra $4 mlrd. azalıb

“Coca-Cola” səhmləri 56.10 dollardan 55.34 dollara düşüb (Bakı vaxtı ilə 21:35-də). İspaniyanın “Marca” qəzetinin jurnalistləri bunu Portuqaliya-Macarıstan oyunundan əvvəl təşkil olunan mətbuat konfransı zamanı Kriştianu Ronaldunun istehzalı jesti ilə əlaqələndirirlər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Ronaldu tədbir zamanı reklam məqsədilə onun qarşısına “Coca-Cola” içkisinin iki butulkası qoyulub. Futbolçu qazlı içkini özündən kənarlaşdırıb, içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında əlini nümayişkaranə şəkildə yelləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl də qazlı içkilərin əleyhinə olduğunu nümayiş etdirib. O, şəkərdən imtina edib və daim pəhriz saxlayıb.

Son xəbərlər
Digər xəbərlər