“Coca-Cola” Rusiyada adını dəyişdirdiyini açıqlayıb. Mənbələrə görə, flaqman içkiyə “Dobrıy Cola” adı verilib. Eyni zamanda “Fanta” və “Schweppes” içkilərinin rebrendinqi gözlənilir.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd olunur ki, içkilərin qiymətinin dəyişməz qalacağı ehtimal edilir. İlk məhsullar 2022-ci ilin payızında bazara çıxacaq. Mayın əvvəlində “Coca-Cola” şirkətinin rəhbəri Ceyms Kvinsi etiraf etmişdi ki, şirkət Rusiyadan tamamilə çıxa bilər. Bu, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə əlaqəli olub.