15 C
Baku
Şənbə, May 28, 2022

“Coffeelea” restoranı cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 2-də ölkə üzrə 398 ictimai iaşə obyektində 714 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, A. Mirzəyev küç., 583-cü məhəllədə yerləşən, fiziki şəxs Məmmədov Əlisahib Qulammirzə oğluna məxsus kafe;

2. Bakı şəhəri, Yasamal rayonu, S. Dadaşov küç., 556/557-ci məhəllədə yerləşən, fiziki şəxs Baxışova Elnarə Rafiq qızına məxsus “Papaq” çay evi;

3. Bakı şəhəri, Xətai rayonu, Telnov küç., ev 20/22 ünvanında yerləşən, hüquqi şəxs “Lea” MMC-yə məxsus “Coffelea” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küç., ev 23, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Qasımzadə Pərşan Niyazi qızına məxsus restoran;

5. Bakı şəhəri, Nizami rayonu, K. Əfkari küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs İslamov İslam Kamal oğluna məxsus restoran;

6. Hacıqabul rayonu, Bakı-Şirvan yolu, Hacıqabul şəhərində yerləşən, fiziki şəxs Rustamov Mikayıl İsmayıl oğluna məxsus restoran.

Son xəbərlər
Oxşar xəbərlər