23 C
Baku
Thursday, August 11, 2022

Coinbase ABŞ-da Bitcoin-li ilk debet kartını istifadəyə verdi

Amerikanın kriptovalyuta mübadilə birjası olan Coinbase ABŞ-da Bitcoin-li ilk debet kartını istifadəyə verdi. Bu təşəbbüsün əsas məqsədi isə virtual valyutadan kütləvi şəkildə istifadəyə maraq yaratmaqdır.

Hazırda xidmət Coinbase istifadəçiləri üçün ABŞ-ın 24 ştatında əlçatandır. Onlar Bitcoin-lə bütün dünya üzrə 28 milyon ticarət nöqtəsində alış-veriş edə biləcəklər. Shift Card adlanan kartla Visa ödəniş sistemini qəbul edən istənilən ənənəvi və yaxud internet mağazada ödəniş etmək mümkündür.

Şirkətdən verilən məlumata görə, hazırda xidmətin ABŞ-ın bütün ştatlarında keçərli olması üzərində işlər aparılır.

Debet kart Coinbase platformasından istifadə edərək virtual pulqabıdan pul çıxır. Hazırda Coinbase virtual pulqabından dünya üzrə 2,8 milyon nəfər istifadə edir. Kartın dəyəri isə 10 dollardır. Məhdud zaman çərçivəsində kartdan istifadə üçün heç bir əlavə komissiya haqqı tutulmayacaq.

Son xəbərlər
Oxşar xəbərlər