15 C
Baku
Tuesday, October 21, 2025

“Coinbase” kriptobirjası “Echo” adlı investisiya platformasını $375 milyona alır

“Coinbase” kriptobirjası özəl bazarlardakı mövqeyini genişləndirmək məqsədilə “Echo” adlı investisiya platformasını 375 milyon dollara alır. Bu barədə “Coindesk” məlumat yayıb. Qeyd edək ki, “Echo” platforması treyder və influenser “Cobie” (Cordan Fiş) tərəfindən yaradılıb və 2024-cü ildə istifadəyə verilib.

Alış həm nağd vəsait, həm də səhmlər vasitəsilə həyata keçiriləcək. “Coinbase” qeyd edib ki, bu satınalma “Echo”nun “Sonar” platformasının inteqrasiyası üçün istifadə olunacaq. “Sonar” kripto şirkətlərinə erkən mərhələlərdə öz token satışları vasitəsilə vəsait toplamağa kömək edir.

Qeyd edək ki, bu sövdələşmə, “Coinbase” üçün 2025-ci ilin əvvəlindən bəri səkkizinci alış olacaq.

Son xəbərlər
Digər xəbərlər