9 C
Baku
Friday, December 13, 2024

“Coinbase” kriptobirjası Yaponiyada fəaliyyətini dayandırır

“Coinbase” kriptobirjası Yaponiyada fəaliyyətini dayandırdığını  açıqlayıb. Birjanın saytında dərc olunan bəyanatda deyilir: “Bazardakı vəziyyətlə əlaqədar olaraq, Yaponiyadakı əməliyyatlarımızı dayandırmaq və ölkədəki əməliyyatları tam nəzərdən keçirmək üçün qərar verdik”.  Yaponiyadakı müştərilərimiz 16 fevral tarixinədək hesablarından kripto aktivləri və fiat vəsaitlərini çıxara bilərlər.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Ötən il dekabrın 28-də “Kraken” rəqəmsal valyuta mübadiləsi xidməti Yaponiyada fəaliyyətini dayandırdığını elan edib.

Qlobal iqtisadiyyatda mənfi tendensiyalar və FTX kriptovalyuta birjasının çökməsi fonunda kriptovalyuta bazarı böhran içindədir. Dünyanın ən məşhur kriptovalyutası bitkoin son bir il ərzində təxminən 77% dəyər itirib.

Son xəbərlər
Digər xəbərlər