“Coinbase” kriptovalyuta birjası bu ilin II rübünü 1.1 milyard ABŞ dolları zərərlə başa vurub. Halbuki, birja ötən ilin eyni dövründən 1.6 milyatrd dollar mənfəətlə çıxmışdı.
Məlumata görə, ötən rüb şirkətin gəlirləri illik müqayisədə 61% və yaxud 2.5 dəfə azalaraq 0.8 milyard dollara düşüb.
Hesabat dövründə “Coinbase”də 217 milyard dollarlıq əməliyyat aparılıb, bu isə 1 il əvvələ nisbətən 2.1 dəfə azdır.