26 C
Baku
Saturday, July 27, 2024

“Coinbase” müştəriləri “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş edə biləcəklər

“Coinbase” kriptobirjası “Apple” və “Google” ilə əməkdaşlıq etməyə başladığını açıqlayıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, “Coinbase Card” virtual debet kartı sahibləri “Apple Pay” və “Google Pay” tətbiqetmələrindən istifadə edərək kriptovalyutalarla ödəniş edə biləcəklər.

Ödəniş zamanı kriptovalyuta “Coinbase” hesabından silinəcək və avtomatik olaraq satıcının hesabında ABŞ dolları və ya digər fiat pula çevriləcək. Birja müştəriləri “Visa” kartlarını qəbul edən istənilən mağazada kriptovalyuta ilə ödəniş edə biləcəklər. Eyni zamanda xidmət bankomatdan pul çəkərkən istifadə edilə bilər.

Bundan əlavə, “Coinbase” müştərilərinə “Apple Pay” və “Google Pay” xidmətləri vasitəsilə alış-veriş zamanı “cashback” təklif edir – bitkoinlərdə 1%, digər kriptovalyutalarda isə 4%. Kart Havay adaları istisna olmaqla ABŞ-ın bütün ştatlarında istifadə edilə bilər.

“Apple” və “Google” ilə əməkdaşlıq maliyyə alətinin daha da populyarlaşmasına kömək edəcək. Bu xəbər fonunda “Coinbase” səhmləri 3.45% artaraq 244.7 dollar səviyyəsinə çatıb. Bakı vaxtı ilə 9:30-da artım 1.98%-ə qədər yavaşlayıb (239.1 dollar).

Xatırladaq ki, daha əvvəl “PayPal” ABŞ-dakı istifadəçilərə kriptovalyutalarla ödəniş etməsinə icazə verib. Mağazalar ödənişləri “Bitcoin”, “Ethereum”, “Litecoin” və “Bitcoin Cash” ilə qəbul edir.

Son xəbərlər
Digər xəbərlər