18 C
Baku
Sunday, September 8, 2024

“Coinbase” NFT-ni bank kartları ilə almağa imkan verəcək

“Coinbase” kriptobirjası “Mastercard” ödəniş sistemi ilə tərəfdaşlıq çərçivəsində NFT-nin alınması mexanizmini sadələşdirəcək.

Banker.az xəbər verir ki, yaxın gələcəkdə ticarət platforması “Mastercard” bank kartları ilə NFT tokenlərinin alınması üçün ödəniş etmək imkanını əlavə edəcək. “Coinbase” hesab edir ki, bu, daha çox insana NFT almağa imkan verəcək.

2021-ci ilin oktyabr ayında “Coinbase” “Ethereum” blokçeynində (ERC-721 və ERC-1155 standartları) NFT tokenlərini yaratmağa, satmağa və almağa imkan verən marketpleys yaradıb. Gələcəkdə birja digər blokçeynləri də dəstəkləməyi planlaşdırır.

Keçən ilin aprelində “Coinbase” birjaya (NASDAQ) çıxan ilk kriptobirja olub. Pik səviyyədə şirkətin səhmlərinin dəyəri 429.5 dollara çatıb, sonra isə ucuzlaşmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər