10 C
Baku
Friday, December 13, 2024

“Coinbase”in mənfəəti il ərzində 50 dəfə artıb

Dünyanın ən populyar kriptobirjası “Coinbase”in mənfəəti 2021-ci ilin ikinci yarısında 1.6 milyard dollara çatıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 50 dəfə çoxdur.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Şirkətin maliyyə hesabatına əsasən, səhm başına düşən gəlir 6.42 dollar təşkil edir.

Mütəxəssislərin fikrincə, ticarət platformasının müsbət nəticələri istifadəçilərin sayının və ticarət həcminin artması ilə bağlı ola bilər. Belə ki, Amerika kriptobirjasında həyata keçirilən əməliyyatların həcmi 462 milyard dollara çatıb, birinci rübdə isə 335 milyard dollar (+38%) təşkil edib.

Qeyd edək ki, 10 avqustda “Coinbase” qiymətli kağızlarının kotirovkaları 3.85% artaraq 269.67 dollara çatıb. 16 apreldə səhmlərin qiyməti rekord 342 dollar olub, həmin dövrdən bəri aktiv 21% ucuzlaşıb.

Daha əvvəl ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) keçmiş rəsmisi olan Brett Redfern “Coinbase”dən ayılıb. Şirkət onun gedişini platformanın prioritetlərinin dəyişməsi ilə izah edib.

Son xəbərlər
Digər xəbərlər