“Coinbin” birjası iflas edib. Şirkətin müştəriləri təzminat alacaqlar

0

Coinbin ticarət platforması, oğurluqda ittiham olunan bir işçinin hesabına 24 milyon dollar zərər görüb. İstifadəçilərə ödənişlər təxminən bir həftə əvvəl dayandırılıb.

Daha əvvəl “Youbit” adlı Cənubi Koreya birjası olan Coinbin, iflas etdiyini və 26 milyon dollarlıq maddi ziyan gördüyünü bildirib. Platformanın başçısı Park Chan-Qu 20 fevralda müştərilərə ödənişləri dayandıraraq əməkdaşlarından birini oğurluqda ittiham edib, Business Koreya yazır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cinayətkar yüzlərlə bitkoin və yüzdən artıq Ethereum-in yerləşdiyi cüzdanların şəxsi açarlarını sildiyini etiraf edib.

2017-ci ilin aprelində, Youbit (əvvəlki adı Yapizon), xakkerlərin hücumu nəticəsində 4000 bitkoin itirmişdir. Dekabrda platforma yenidən hücuma məruz qalaraq, səhmlərinin 17%-ni itirmişdir. Həmin dövrdə şirkət sığorta fırıldaqçılığında ittiham olunmuşdu.