31 C
Baku
Saturday, July 20, 2024

Çökən ev üçün bir il kredit pulu ödədi

Daşınmaz əmlak sığortalanmış olsa da, sığorta şirkəti dəymiş zərəri ödəmək və kompensasiya ödəməkdən imtina etdiyi üçün qadın krediti ödəməyə davam edib

Rusiyanın Penza şəhərinin sakini çökən binada aldığı otaq üçün bir il ipoteka ödəyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın 2011-ci ildə nəğd pul ödəyərək binada bir otaq alıb. Bir il sonra isə həmin mərtəbədə bank krediti ilə ikinci otağı alıb.

Bir neçə il keçdikdən sonra otaqlardan birinin aynəbəndi dağılıb. Bundan sonra bütün bina çökməyə başlayıb. Sakinləri təcili surətdə binadan çıxarıblar. Bina isə çökməyə davam edib.

Daşınmaz əmlak sığortalanmış olsa da, sığorta şirkəti dəymiş zərəri ödəmək və kompensasiya ödəməkdən imtina etdiyi üçün qadın krediti ödəməyə davam edib. Sığortaçılar bildirlib ki, evin çökməsi sığorta hadisəsi deyil.

“Əgər obyektin üzərinə hansısa təyyarə, ağac düşsəydi və ya ildırım vursaydı bu sığorta hadisəsi olmuş olardı” — deyə qadına bildirilib.

Ancaq qadın bu fikirlərlə razılaşmayaraq, məhkəməyə müraciət edib. Məhkəmə isə kreditin bağlanması və qadına mənəvi zərərin ödənilməsi ilə bağlı qərar verib.

Son xəbərlər
Digər xəbərlər