“Commerzbank”: İlin sonuna dolların türk lirəsinə qarsı məzənnəsi 3.25 səviyyəsində olacaq

“Commerzbank” iqtisadçı-eksperti Tatha Qose yayınladığı hesabatda Türkiyə Mərkəzi Bankının (TMB) işsizliyi tənzimləmək üçün genişləndirici pul siyasətini davam etdirəcəyini açıqlayıb.

Sayt Bloomberg-ə istinadla xəbər verir ki, TMB faizləri artırmağı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin ilin sonundakı faiz artımı qərarına qədər təxirə salacaq.

T.Qosenin proqnozuna əsasən, ilin sonuna dolların türk lirəsinə qarsı məzənnəsi 3.25 səviyyəsində olacaq.

AZƏRTAC

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər