5 C
Baku
Saturday, December 14, 2024

Con Biden-in qeyri-adi səyahəti

Britaniya əsilli kanadalı Con Biden bu yaxınlarda bütün dünyada məşhurluq qazandı. 53 yaşlı Con 209 gün ərzində Şimali Amerikadan Avstraliyaya qədər olan məsafəni öz qayığı ilə qət etdi.

Su Con Biden-in demək olar ki, hər şeyidir. O bütün həyatı boyu avarçəkmə və üzmə ilə məşğul olub. Bir dəfə Con Sakit okeanını tək və dayanmadan qət etmək qərarına gəlir. 2001-ci ildə Böyük Britaniyalı Cim Şexdar da belə bir qərara gəlmişdi. Lakin onun üz tutduğu məkan Cənubi Amerika idi. Bununla yanaşı, onun öz məqsədini həyata keçirməsi üçün 274 gün lazım olmuşdu.

1 iyun 2015-ci ildə Con Biden San-Fransiskodan start götürür. Sakit okean fatehi Avstraliyanın Kvinslend şəhərinə maksimum 180 gündən sonra gəlməyi planlaşdırırdı. Lakin hava şəraiti ona mane olur və buna görə də, səyahət yalnızca 27 dekabrda, yəni Yeni il ərəfəsində başa çatır. Con Biden Socks II adlı 6 metrlik qayıq ilə səyahət edirdi. Beləliklə, o 209 gün ərzində 11,2 min kilometr qət edir.

Məşhur kanadalı Yaşıl qitəyə çatdıqda etiraf edir ki, bu səyahət ona asan başa gəlmədi  və onun təsəvvür etdiyindən 100 dəfəyə qədər daha çətin idi. Lakin okeanı fəth etmiş bu qəhrəman peşman olmadığını bildirmişdir. Bununla belə, bu səyahət ona yeni nəfəskəsici səyahətlər üçün yeni ideyalar qazandırmışdır.

Son xəbərlər
Digər xəbərlər