Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib və əlavə edib ki, keçmiş rəhbəri, eks-prezident Donald Trampa qalib gələ bilər.
74 yaşlı Bolton “Mən boş-boş danışmıram. Bunu ciddi şəkildə edə biləcəyimi düşünməsəydim, iddialı olmazdım” deyib.
Əvvəlki dörd respublikaçı prezidentin administrasiyasında çalışmış Bolton “Mən namizədliyi qazanardım və bunu ilk növbədə daha güclü xarici siyasətə ehtiyacımız olduğu üçün edərdim” söyləyib.
Bolton Britaniya televiziyasına deyib ki, Respublikaçılar Partiyasının daxilində Trampa etimad azalıb.
Tramp Boltonu Şimali Koreya və Əfqanıstanla bağlı məsələlərdə fikir ayrılıqlarından sonra 2019-cu ilin sentyabrında istefaya göndərmişdi.
Bolton indi onun sərt xarici siyasət mövqeyinin ona mümkün prezidentlik yarışında üstünlük verəcəyinə inanır.
Qeyd edək ki, Donald Tramp 2024-cü ildə prezidentliyə namizəd olacağını indidən bəyan edib.