26 C
Baku
Tuesday, April 30, 2024

Con Lennonun həyat qaydaları

“Həyat sənin başqa planlar qurduğun halda baş verən tamamilə gözlənilməz hadisələrdir”. 

“Ucuz yerlərdə oturanlar, əl çalın. Qalanları isə sadəcə öz daş-qaşları ilə öyünsün və göz qamaşdırsın (“Kral darvazaları” konsertində, 4 noyabr 1963-cü il, ülyahəzrət kraliçanın, şahzadə Marqaret və lord Snoudonun hüzurunda).

“Yuxu başa çatdı. İş başına keçmək vaxtıdır”. 

“Rock-and-roll əbədidir, çünki o sadədir, onda artıq heç nə yoxdur. Onu ritmi bütün sərhədləri aşır. Mən Elridc Liverin kitabını oxumuşam – o, qara dərili insanların öz musiqiləri ilə ağ insanlara özlərini tapmağa, öz vücudlarını dərk etməyə necə kömək etmələri haqqında yazır. Onların musiqiləri qəlbimizdə əbədi bir kök saldı”.

Artıq 15 yaşımda mənim üçün bu həyatda Rock-and-rolldan başqa heç nə mövcud deyildi. Onun gücü hər hansı bir məxsusi realizmlə bağlıdır. Rokun həddindən artıq təbiiliyi insanı onunla elə ilk təmas anındaca tərki-silah edir. Bir sözlə bu əsl incəsənətdir.

“Əlbəttə, rock-and-roll bu gün artıq mənim həyatımı köklü sürətdə, alt-üst edə bilməz. Amma «Tutti Frutti» və «Long Tall Sally» kimi nəğmələr mənə avanqardın bir növü kimi təsir bağışlayır. Bu gün bu terminlərin altında başqa bir anlayış nəzərdə tutulur. Bu yaxınlarda mən Qrinviç-Villidcdə Yokonun bir tanışına rast gəldim, o, adi bir not haqqında elə danışırdı ki, sanki onu özü kəşf edib. Amma heç bir avanqard ustası məni inandıra bilməz ki, onun yaratdığı həqiqətən də musiqidir. Rock-and-roll bu gün yaşamağa haqqı olan yeganə musiqili incəsənət növüdür. Və o bu əhəmiyyətini heç zaman itirməyəcək”.

“Məhəbbət deyiləndə hər on beş dəqiqədən bir üzr istəmək zərurəti nəzərdə tutulur”

“Gerçəklik çox şeyi təxəyyülün öhdəsinə buraxır”.

“Əgər hər kəs daha bir televizor əvəzinə sülh istəsəydi, onda bütün yer üzərində sülh bərqərar olardı”.

“Əslində Elvis müharibəyə getdiyi gündə ölüb. Onlar onu məhz onda öldürmüşdü, qalan müddət ərzində o, sadəcə gəzən meyit idi”.

“Mənim həyatda iki “kəşfim” olub – Pol MakKarti və Yoko Ono. Mən deyərdim ki, bu son dərəcədə yaxşı seçim idi”.

“Kimsə desə ki, sevgi və sülh – keçmişin yadigarı, 60-ci illərlə bağlı xatirədən başqa bir şey deyil, bu onun öz problemidir. Həm sevgi, həm də sülh əbədidir”.

“Aşiq olanda hər şey daha təmiz görünür.”

“Beləliklə bu Milad, həm ağlar, həm də qaralar, həm sarılar, həm də qırmızılar üçündür, gəlin bütün döyüşləri dayandıraq”.

“Bədənimin bir hissəsi belə təxmin edir ki, mən uğursuz insanam, digər hissə isə düşünür ki, mən hər şeyə qadir Tanrıyam”.

“İstənilən bir sənət əsəri –dərin ağrının ifadəsidir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər