Con Lokk (29 avqust 1632 – 28 oktyabr 1704) britaniyalı pedaqoq və filosof, maariflənmə dövrünün dahi mütəfəkkiri idi. Onun ideyaları siyasi fəlsəfənin inkişafına böyük təsir göstərib.
Həyat yolu:
Gələcəyin filosofu vəkil ailəsində doğulmuşdu. 1646-cı ildə Vestminster məktəbinə qəbul edilir. Con bu məktəbin ən yaxşı tələbəsindən birinə çevrilir. Daha sonradan o Oksford universitetinə qəbul olur və 1658-ci ildə bu universitetin magistr dərəcəsini əldə edir.
1667 – ci ildə lord Eşlinin oğlunun ailə həkimi və tərbiyəçisi olur. Bundan sonra isə siyasi fəaliyyətə başlayır. O qraf Şeftsberi-nin əmri ilə Karolina üçün konstitusiyanın yaradılmasında iştirak edir.
1668 — ci ildə Kral cəmiyyətinin üzvünə çevrilir. Onun maraq dairəsinə təbiətşünaslıq, pedaqogika, siyasət, tibb, iqtisadiyyat, vicdan azadlığı və tolerantlıq daxil idi.
1672-1679 — cu illərdə İngiltərənin hökümət orqanlarında görkəmli mövqelər tutur.
1683 –cü ildə Hollandiyaya köçür.
1688 – ci ildə Şanlı İnqilabın hazırlanmasında iştirak edib. Lokk yeni kralın gələcəyinə böyük ideya təsirləri göstərir.
1689 – cu ildə Şanlı İnqilabın uğur qazanmasından sonra Lokk öz vətəninə qayıdır və yenidən ədəbi və elmi fəaliyyət ilə məşğul olur.
1704 – cü ildə rəfiqəsi ledi Demeris Meşem-in imarətində astma tutmasından dünyasını dəyişir.
Fəlsəfi düşüncələri:
Lokk öz ideyaları ilə şotland, fransız mütəfəkkirlərinin və amerikan inqilabçılarının düşüncə tərzinə təsir edib. Onun bəzi ideyaları Amerikanın Müstəqillik Deklarasiyasında öz əksini tapıb.
Lokk-un fikrincə təcrübə fərdi fikirlərdən ibarətdir. Onlar da öz növbəsində hissiyyat və refleksə bölünür. İdeyalar abstrakt təfəkkürün məhsuludur.
Pedaqoji ideyaları:
Lokk əmindir ki, insanın fəaliyyəti onun tərbiyəsindən asılıdır. O belə hesab edirdi ki, tərbiyə xarakteri yaratmalı, azadlığı inkişaf etdirməli və intizamı təşkil etməlidir. Tərbiyənin məqsədi – əsl centlmeni tərbiyə etməlidir.
Lokkun ən əhəmiyyətli əsərlərini diqqətinizə təqdim edirik:
- «Tərbiyə haqqında düşüncələr»;
- «Senzorun ölümqabağı nitqi»;
- «Tolerantlıq təcrübəsi»;
- «Təbii fəlsəfənin elementləri»;
- «Möcüzələr haqqında düşüncə»;
- «İnsanın təkamül təcrübəsi».