Conor McGregordan müvəffəqiyyət və pul mövzusunda 10 sitat

İrlandiyalı Conor McGregor kayerasını santexnik olaraq başlayıb və işsizlik müavinatına yaşayıb, nəticədə isə  MMA-nın ən zəngin döyüşçülərindən biri oldu (qarışıq döyüş sənəti) və Forbes görə ən yüksək ödənişli idmançıların sıralamasında dördüncü yeri tutur. Aşağıda onun məqsədlər, zərərlər və pullar barədə düşündükləri qeyd olunub.

  • Siz həmişə bunu eşidirsiniz: «Mən buna inana bilmirəm, inana bilmirəm». Amma mən inanırdım. Buna görə də indi buradayam.
  • Əgər sənin haqqında «bu  həddindən artıqdır»deyilirsə, bu doğru istiqamətə getdiyiniz anlamına gəlir.
  • Əgər xəyalınız sizi qorxutmursa, demək o çox da böyük deyil. Yəni mümkün qədər cəsarətli xəyallar qurun.
  • Mən heç vaxt uduzmuram. Mən ya qalib gəlirəm yada ki bir şeylər öyrənirəm.
  • Mənim üçün döyüşlər yalnız pulla bağlı deyil.Döyüşmək mənim üçün maraqlıdır,  döyüşməyi sevirəm. Mən sağlamlığım imkan verdiyi müddətdə və bunun üçün lazım olan səy sərf etməyə hazır olduğum müddətə qədər bunu edəcəyəm .
  • Mən nə vaxt milyarder olacam? Sualınız üçün təşəkkür edirəm. 35yaşımda. Bəli, düşünürəm 35. (İndi Conorun 30 yaşı var )
  • Yaxşı yeməklər  yemək, gözəl geyimlər geyinmək, yaxşı maşınlar sürmək mənim xoşuma gəlir. Ailəmin bütün bunların olmasını istəyirəm … Məni salonda işləməyə məcbur edən  şey budur.
  • İndi həyatımın qalan hissəsi üçün pulla təmin olmuşam. Əgər mən ehtiyatlı olsam və axmaq şeylər etməsəm geri qalan həyatım üçün kifayət qədərdir.
  • Uğura aparan açar- təşkilatdır. Milyardların açarı -təşkilatdır. Hər hansı bir müvəffəqiyyətli insana baxsanız, həqiqətən uğurlu olanlar, onlar hər şeyi təşkil edirlər, hər şey öz yerindədir: müəyyən bir zamanda oyanır, müəyyən bir zamanda yemək yeyir, müəyyən bir zamanda məşq edir və müəyyən bir zamanda işləyirlər.
  • Mən inanıram ki, hər kəs öz vəziyyətinə nəzarət edir. Başqalarını ittiham etmək –düzgün quruluş deyil. Başqalarını ittiham etmək üçün enerjinizi israf etmək əvəzinə, nə etmək lazım olduğunu anlayın və bunu edin, yaxşı iş edin və mövqeyinizi düzəldin.