Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Bu barədə Britaniya Baş naziri “Twitter”də bildirib.
Boris Conson Ukrayna səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Co Baydeni məlumatlandırıb.
Britaniya Baş naziri qeyd edib ki, o və ABŞ lideri Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqını azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir.
“Putinin barbar təşəbbüsünün uğur qazanmasına imkan vermək olmaz”, – Boris Conson vurğulayıb.