16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Conson: ““Brexit”lə bağlı ticarət razılaşmasında hər hansı bir nəticəyə gəlmək çox çətin görünür”

““Brexit”lə bağlı ticarət razılaşmasında hər hansı bir nəticəyə gəlmək çox çətin görünür”.

Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

O, bununla belə, insanları optimist olmağa çağırıb: “Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik. Hamıya demək istərdim ki, optimist olsunlar. Hər baxımdan ölkəmiz üçün böyük şanlar var. Ancaq əsas odur ki, nə olursa olsun, 1 yanvarda dəyişikliklər olacaq və insanlar bu dəyişikliyə hazır olmalıdırlar”.

Xatırladaq ki, dünən Baş nazirlə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı olub. Tərəflər əsas məsələlərdə əhəmiyyətli fikir ayrılıqlarının olduğunu qəbul ediblər. B. Consonun növbəti günlərdə Brüsselə səfəri gözlənilir

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər