Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxma hallarının sayının artması səbəbilə ölkədə qadağaların sərtləşdiriləcəyini qeyd edib.
Bu barədə TASS məlumat yayıb.
O, yeni qadağaların restoran, əyləncə və istirahət yerləri, saç kəsimi və kosmetoloji xidmətlər göstərən salonları əhatə edəcəyini bildirib.
Baş nazir qeyd edib ki, mağazalar, məktəb və universitetlər fəaliyyətlərini adi qaydada davam etdirəcəklər.