28 C
Baku
Saturday, August 13, 2022

Conson: “Ukrayna məğlub olarsa, nəticələri dəhşətli olacaq”

Ukrayna məğlub olarsa və ya əlverişsiz şərtlərlə sülhü qəbul etməyə məcbur olarsa, bütün planetdə azadlıq üçün nəticələri dəhşətli olacaq. Bu fikri bütün NATO üzvləri bölüşür.

Bunu Britaniyanın Baş naziri Boris Conson bildirib.

O deyib ki, Moskva ilə danışıqların məqsədəuyğunluğu barədə qərar Kiyevdə verilməlidir.

“Biz ukraynalıların özlərindən daha çox ukraynalı ola bilmərik. Onlar Rusiya ilə razılaşmaq istəyirlərmi? Təbii ki, bu, onların qərarıdır”, – Boris Conson qeyd edib.

Baş nazir vurğulayıb ki, Rusiyanın razılaşma təklif etmədiyi bu şəraitdə yeganə məntiqli və düzgün qərar, Ukraynaya bu günə qədər göstərilən dəstəyi davam etdirmək və göstərilən hərbi yardımı artırmaqdır.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər